Noy 20, 2017 18:15 Asia/Baku
  • Cabiri Ənsari: Regionda müqavimət məhvərinin səyləri nəticə verib
    Cabiri Ənsari: Regionda müqavimət məhvərinin səyləri nəticə verib

İranın xarici işlər nazirinin müavini müqavimət məhvərinin İŞİD-ə qarşı mübarizədə və Suriyanın Əl-Bukamal şəhərinin azad edilməsindəki qələbəsi münasibəti ilə təbrik edərək deyib: Müqavimət məhvərinin son illərdə regiondakı terrorizm və ifratçılığa qarşı fədakarlıqları nəticə verib.

Suriya ordusu və müqavimət məhvəri bazar günü Suriyanın şərqində Deyrəzzur vilayətində Əl-Bukamal şəhərini azad edərək İŞİD terrorçularını Suriyadakı son bazasından qovmuşdur.

Hüseyn Cabiri Ənsari bu gün terrorizm və ifratçılığın islam ümmətini problemlərlə üz-üzə qoyduğunu bildirərək deyib: Allahın mərhəməti ilə İraq və Suriyada bu təkfirçi cərəyanla mübarizə yaxşı nəticələr verib və İraq və Suriyada İŞİD-in bitməsi region xalqları üçün böyük uğurdur. 

İranın XİN rəhbərinin müavini deyib: İran terrorizm ilə mübarizədə öncül ölkədir və regionda müqavimət məhvərinin son qələbələrində paya malikdir və regionun digər xalqları ilə birlikdə Suriyanın Əl-Bukamal şəhərinin azad edilməsinə görə sevinir. 

Cabiri Ənsari İran, Türkiyə və Rusiya prezidentlərinin 22 noyabrda Rusiyanın Soçi şəhərində keçiriləcək üçtərəfli görüşü barədə isə deyib: Bu iclas Suriyada atəşkəsə təminat verən bu üç ölkənin Suriya böhranına son qoymaq səylərinin davamında baş tutacaq.  

Teqlər