Noy 21, 2017 12:14 Asia/Baku
  • Ordu generalı Süleymaninin İnqilab Rəhbərinə müraciəti \ İŞİD-in sonu
    Ordu generalı Süleymaninin İnqilab Rəhbərinə müraciəti \ İŞİD-in sonu

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Batalyonu komandanı İslam İnqilabının Böyük Rəhbərinə ünvanlanmış müraciətlərində İŞİD-in işinin bitdiyini elan edib.

Sepah Nyus-un verdiyi məlumata görə, Sepah-ın Qüds Batalyonu komandası ordu generalı Qasım Süleymani bu gün (çərşənbə axşamı) İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə ünvanladıqları müraciətdə bildirib: "Cənabınız tərəfindən bu meydanda üzərinə vəzifə təyin edilmiş bir əsgər olaraq, İŞİD-in sonuncu qalası olan Bukamal şəhərinin azad edilməsi və bu Amerikan-Sionist qruplaşmanın bayrağının aşağı endirilməsi, yerində Suriya bayrağının dalğalandırılması ilə, bu xəbis və məlun törəmənin işğalçılığının başa çatdığını elan edirəm."

Ordu generalı Qasım Süleymani bu mübarizə meydanındakı minlərlə naməlum iranlı, iraqlı, suriyalı, livanlı, pakistanlı və əfqanıstanlı  komandan, hərəm müdafiəçisi, şəhid və veteran adından bu böyük və həlledici qələbə münasibətiilə İnqilab Rəhbərini, İran xalqını və İraq və Suriyanın məzlum xalqlarını habelə, digər müsəlmanları təbrik edib. 

Sepah-ın Qüds Batalyonu komandanı əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin və Həzrət Ayətullahülüzma Sistaninin müdrik rəhbərliyi və dahicəsinə olan istiqamətləndirmələri sayəsində bu zəhərli tufan ilə mübarizə aparmaq üçün xalq səfərbər oldu və bütün lazım olan imkanlar yaradıldı.

Ordu generalı Süleymani həmçinin deyib: Şübhəsiz İraq və Suriya dövlətlərinin müqaviməti, bu iki ölkə ordusunun mübarizəsi və bu ölkə gənclərinin səyləri xüsusilə Həşdüşşəbinin və digər ölkələrdən olan müsəlman gənclərin mübarizə meydanındakı güclü iştirakı habelə, Seyid Həsən Nəsrullahın rəhbərliyi altında Livan Hizbullahının varlığı bu təhlükəli fenomenin məğlubiyyətə uğradılmasında həlledici rola malik olub. 

General Süleymani öz müraciətinin davamında deyir: ABŞ-ın ən yüksək səviyyəli rəsmilərinin və hazırda bu ölkə prezidenti olan şəxsin etiraflarına əsasən bütün bu cinayətlər ABŞ başçıları və bu ölkənin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılaraq, həyata keçirilib. Və ABŞ rəhbərliyi hələ də bu metoddan istifadə etməklə məşğuldur. 

Qüds Batalyonu komandanı həmçinin, İranın ordu və dövlət başçılarına da İraq və Suriya dövlətləri və xalqlarına verdikləri dəstəyə görə təşəkkür edib. 

Teqlər