Cahangiri: Qaz İxrac edən Ölkələr Təşkilatında İranın önəmli rolu vardır
-
Cahangiri: Qaz İxrac edən Ölkələr Təşkilatında İranın önəmli rolu vardır
İran İslam Respublikasının vitse-prezidenti deyib: Qaz ixracatın və dünyanın enerji səbətinin inkişafı üçün siyasətlər və koordinasiyalar təyin olunmasında İran önəmli rola malikdir.
İRİB-in məlumatına grə, İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri cümə axşamı günü Boliviyanın Santa-Kruz şəhəri beynəlxalq aeroportunda jurnalistlərə verdiyi açıqlamada deyib: İran dünyanın ən böyük qaz ehtiyatlarından birinə sahibdir və Qaz İxrac edən Ölkələr Təşkilatının önəmli üzvlərindən biri hesab olunur.
Qazın bazara çıxarılması, qiyməti və təhlükəsizliyinin önəmini qeyd edən Cahangiri deyib: İllərlə öncə Tehranda qaz emal və ixrac edən ölkələr bu enerji mənbəyinin gələcəyini proqnoz edərək qaz təşkilatının təkşil olunması qərarına gəldilər. Bir neçə ildən sonra bu təşkilat enerji sektorunda qərarların verilməsi üçün önəmli mərkəzə çevrilmişdir.
İran İslam Respublikasının vitse-prezidenti əlavə edib: Təbii qaz digər enerji daşıyıcıları arasında ən önəmli enerjidir və dünyanın enerji səbətinin gələcəyində əsaslı rola malikdir.
Cahangiri həmçinin Latın Amerikası ölkələrini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən adlandırıb və deyib: Qaz İxrac edən Ölkələr Təşkilatının iclasının kənarında Boliviya və bəzi digər ölkələrin rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.
İran İslam Respublikası vitse-prezidenti Qaz İxrac edən Ölkələr Təşkilatınn 4-cü iclasında iştirak etmək məqsədilə Boliviyaya səfər edib.