İran və Rusiya baş prokurorluqları arasında memorandum imzalanıb
Noy 29, 2017 07:06 Asia/Baku
Dünən Rusiyanın Sankt-Peterburq şəhərində İran və Rusiyanın baş prokurorları Mohəmməd Cəfər Montəzeri ilə Yuri Çayka arasında görüş olub. Tərəflər ikitərəfli məhkəmə əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.
İki tərəf görüşün sonunda məhkəmə memorandumu imzalayıb.
İranın baş prokuroru Mohəmməd Cəfər Montəzeri ikitərəfli danışıqlar aparmaq və Şanxay əməkdaşlıq təşkilatı üzrə baş prokurorların 15-ci iclasında iştirak etmək məqsədilə Rusiyada səfərdədir.
Şanxay əməkdaşlıq təşkilatına üzv ölkələrin baş prokurorlarının iclası noyabrın 28-dən başlanıb və noyabrın 30-dək davam edəcəkdir.
İran Şanxay əməkdaşlıq təşkilatına daimi üzvlük əldə etmək üzrə müzakirələr aparmaqdadır.
Teqlər