General Hatəmi: İran öz müdafiə qabiliyyəti haqda bir ölkə ilə müzakirə etməyəcək
İranın müdafiə naziri vurğulayıb ki, İran İslam Respublikası öz müdafiə imkanları və qabiliyyəti haqda bir ölkə ilə müzakirə etməyəcəkdir.
İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bu gün müxbirlər qarşısında İran İslam Respublikasının hərbi qabiliyyəti barədə belə deyib: İranın müdafiə qabiliyyəti bir çox ölkələrdə olduğu kimi özünü müdafiə etmək üçün qanuni bir vasitədir.
İranın müdafiə naziri İran və Rusiyanın Suriyanın müdafiə qabiliyyətinin yenidən qurulmasında iştirakları barədə belə deyib: Suriyanın bərpası İran üçün böyük və mühüm bir işdir və terrorizmlə mübarizə işinin davam etdirilməsi əslində yenidənqurma yolu ilə həyata keçiriləcəkdir ki, bütün sahələrə, o sıradan müdafiə sahəsinə şamil olur.
General-mayor Hatəmi həmçinin dəniz qoşunları gününü təbrik edərək, gələn həftə Xəzər dənizində bir freqatın İran İslam Respublikası ordusunun dəniz qoşunlarına qatılmasından xəbər verib.
Noyabrın 28-i, "Peykan" raketatma freqatı personalının qəhrəmanlıqlarının ildönümü günü, İran İslam Respublikası ordusunun dəniz qoşunları günü adlandırılıbdır.
Belə bir gündə "Peykan" raketatma freqatının üzvləri "Mirvari" əməliyyatında İraqın Əlbəkr və Əlamiyyə neft ixracatı terminallarına qarşı yaddaqalan qəhrəmanlıq göstərərək, bu terminalların üçdə ikisindən çoxunu məhv etdi və İran İslam Respublikası bayrağını həmin terminalların ən yüksək qülləsində dalğalandırdılar.