İran Rusiya ilə əməkdaşlıqları genişləndirməyə hazırdır
Dek 05, 2017 16:44 Asia/Baku
İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda özünün rusiyalı həmkarı ilə görüşündə Tehranın Moskva ilə RİT sahəsində müştərək şirkətlər yaratmağa hazır olduğunu bildirib.
ParsTudeyin verdiyi məlumata görə, İran və Rusiyanın rabitə və informasiya texnologiyaları nazirləri Məhəmməd Cavad Azəri Cəhromi və Nikolay Nikiforov bu gün EKO-ya üzv ölkələrin RİT başçılarının Bakı iclasının kənarında görüşüblər.
Bu görüşdə tərəflər RİT sahəsində əməkdaşlıqların , iki ölkə şirkətlərinin internetdə axtarıcı mühərriklər, elektron detalların istehsalı və təhlükəsizliyi sahələrində əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.
Teqlər