Ayətullah Əraki İran və Türkiyə alimlərinin əməkdaşlığını vurğulayıb
İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi İran İslam Respublikası və Türkiyə alimlərinin müxtəlif sahələrdə əməkdaşlığını vurğulayıb.
İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyanın baş katibi Ayətullah Möhsün Əraki çərşənbə günü Tehranda Türkiyənin sabiq diyanət işləri naziri Məhəmməd Görməzlə görüşdə deyib: İslam ümmətinin birliyi və islam dünyası, əsasən də Türkiyə və İran alimlərinin bir-birləri ilə əməkdaşlıqları zəruridir.
Ayətullah Möhsün Əraki əlavə edib: İran və Türkiyə dövlətlərinin müxtəlif siyasi sahələrdə ikitərəfli əməkdaşlıqları olduğu kimi, bu iki ölkənin alimləri də müştərək işlərlə əməkdaşlıqlarını nəticəyə çatdıra bilərlər.
Türkiyə sabiq diyanət işləri naziri Məhəmməd Görməz də İran və Türkiyə alimlərinin əməkdaşlıqlarını vurğulayıb və deyib: Siyasi birlikdən öncə ürəklərin birliyi baş tutmalıdır.
Türkiyənin sabiq diyanət işləri naziri 31-ci İslam Vəhdəti Beynəlxalq Konfransında iştirak etmək üçün Türkiyəyə səfər edib.
31-ci İslam Vəhdəti Beynəlxalq Konfransı çərşənbə axşamı günü "Vəhdət və İslamın yeni sivilizasiyasının zəruri addımları" şüarı ilə 500 yerli və xarici qonağın iştirakı ilə Tehranda işə başlayıb və 7 dekabra qədər davam edəcək.