Dek 11, 2017 16:55 Asia/Baku
  • Laricani: Rusiya ilə iki yeni AES-in inşası haqda müqavilə yekunlaşmaqdadır
    Laricani: Rusiya ilə iki yeni AES-in inşası haqda müqavilə yekunlaşmaqdadır

İran İslam Şurası Məclisinin sədri deyib: Rusiyanın həmkarlığı ilə iki yeni AES-in inşası barədə müqavilə yekunlaşmaqdadır və İran ilə Rusiya arasında müzakirə və investisiyalar həyata keçirilməkdədir.

Əli Laricani Moskvada narkotik maddələrlə mübarizə üzrə beynəlxalq konfransda iştirak gedişində və Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə Rusiyanın İranda iqtisadi investisiyası məsələsinə toxunaraq, əlavə edib: İran Rusiya dövlətilə strateji əlaqələrə malikdir və terrorizmlə mübarizə sahəsində iki ölkə arasında addımlar atılıbdır ki, onun təsiri müşahidəolunasıdır.

Narkotik maddələrlə mübarizə üzrə beynəlxalq konfrans dekabrın üçündə İran daxil olmaqla qırxdan yuxarı ölkənin parlament sədrlərinin iştirakı ilə Moskvada keçirilib.

İran İslam Şurası Məclisinin sədri İran ilə Rusiyanın narkotik maddələrlə mübarizə sahəsindəki əməkdaşlıqları barədə deyib: Rusiya bu sahədə İranla həmkarlıq edir və son vaxtlar İran ilə Rusiya arasında kəşfiyyat zabitləri mübadilə olunubdur.

Laricani İran ilə Rusiyanın Suriyada İŞİD ilə mübarizə sahəsindəki uğurlu həmkarlığı barədə deyib: Rusiya dünyanın güclü bir ölkəsi kimi Suriyada terrorizmlə mübarizədəki rolunu yaxşı şəkildə oynadı və İran ilə Rusiyanın bu sahədəki əməkdaşlığı müsbət olubdur.

İran İslam Şurası Məclisinin sədri həmçinin İranın raket müdafiə qabiliyyətinin genişlənməsini vurğulayaraq, deyib: İran regionda davamlı təhlükəsizliyin yaradılması məqsədilə öz müdafiə qabiliyyətini genişləndirməyi davam etdirəcəkdir.

Teqlər