Quterreş: Nüvə anlaşması İranın nüvə proqramının sülhməramlı mahiyyətinə ən yaxşı zəmanət yoludur
-
Antonio Quterreş
BMT baş katibi Təhlükəsizlik Şurasına verdiyi hesabatda Əhatəli Müştərək Təşəbbüs Proqramını İranın nüvə proqramının sülhməramlı mahiyyətinə ən yaxşı zəmanət yolu adlandırıb və ABŞ-dan bu anlaşmadakı öhdəliklərinə sadiq qalmasını istəyib.
Associated Press İnformasiya Agentliyinin məlumatına görə, BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirib: Nüvə anlaşması İranın nüvə proqramının sülhməramlı mahiyyətinə zəmanət üçün ən yaxşı yoldur.
Quterreş Çin, Rusiya, İngiltərə, Fransa, Almaniya və Avropa Birliyi kimi tərəflərin nüvə anlaşmasını dəstəkləməsini müsbət qarşılayıb və ABŞ-ı bu anlaşmadakı öhdəliklərinə sadiq qalmağa çağırıb.
BMT baş katibi xəbərdarlıq edib ki, ABŞ bununla əlaqədar hər hansı addımdan daha çox onun regiondakı irimiqyaslı təsirlərini nəzər almalıdır.
Quterreş həmçinin bildirib: İran hərbi potensialları, o cümlədən ballistik raketlərinin nüvə silahlarını daşımaq üçün dizayn olunmadığını bildirib. Buna görə, bu haqda bəzi nigaranlıqla yersizdir.
İran və 5+1 qrupu (İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin ABŞ hökuməti bu qrupun üzvlərindən biri olaraq nüvə anlaşmasının icrasında əngəllər törədir.