İran ABŞ-ın Qüds qətnaməsinə veto qoymasını pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirilyinin sözçüsü dünən gecə Amerikanın Misir tərəfindən təklif olunan Qüds barədəki qətnaməyə veto qoymasını pisləyib və bu hərəkətin beynəlxalq sülh və təhlükəsizliyə zidd , Fələstin xalqının hüquqlarının tapdalanması istiqamətində olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhran Qasimi deyib: Amerika bu qətnaməyə veto qoymaqla fələstinlilərin qanuni hüquqlarını tapdalamaq yolu ilə düzəlişmə xarakterli həll yolu ardınca olduğunu isbatladı.
Qasimi Amerikanın Qüdsü sionist rejimin paytaxtı tanımasının beynəlxalq qətnamələrin açıq aşkar pozulması demək olduğunu təkrar vurğulayaraq beynəlxaq təşkilatları və bütün ölkələri beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsi üçün bu düşməncəsinə təşəbbüsün reallaşmasına mane olmağa çağırıb.