Dek 19, 2017 15:04 Asia/Baku
  • Ruhani: Amerikanlar ƏMTP-ni məhv edə bilməzlər
    Ruhani: Amerikanlar ƏMTP-ni məhv edə bilməzlər

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının icraya başlandığı gündən amerikalıların bu razılaşmanı bir neçə dəfə məhv etmək istədiklərini xatırladaraq deyib: Amerikalılar ƏMTP-nı dağıtmağa nail ola bilməyəcəklər.

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda vətəndaş hüququnun icrası hesabatı üzrə ilk milli iclasda etdiyi çıxışında deyib: Hansısa ölkə ƏMTP-yə qarşıdırsa ABŞ prezidenti Donald Trampa bel bağlamasın, ona görə ki, onun əlindən bir iş gəlməyəcək. 

İİR prezidenti deyib: ƏMTP qalacaq və İran yolu davam etdirəcək. 

ABŞ prezidenti Donald Tramp oktyabr ayında Tehranın 2015-ci ildə İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə razılaşmasına sadiq qaldığını təsdiqləməkdən çəkindi. 

Trampın bu qərarından sonra ABŞ konqresinə İrana qarşı sanksiyaların bərpası barədə qərar qəbul etməsi üçün 60 günlük möhlət verildi amma ABŞ konqresi bu müddət bitdikdən sonra topu bir daha Trampın meydanına atdı. 

Tramp 2018-ci il yanvarın ortalarında İrana qarşı sanksiyalara göz yumulmasının davam edib-etməməsi barədə qərar verməlidir. 

Teqlər