Salehi: İranın ƏMTP-yə sadiq qalmasını müəyyənləşdirən mənbə AEBA-dir
-
Salehi: İranın ƏMTP-yə sadiq qalmasını müəyyənləşdirən mənbə AEBA-dir
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını təsdiqləyən mənbə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir və AEBA indiyədək 9 dəfə İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləyib.
ABŞ prezidenti Donald Tramp dünən gecə Amerika milli təhlükəsizlik strategiyasını elan edərkən ƏMTP-ni pis razılaşma adlandırıb və deyib ki, Konqresə hesabatında İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləməyib.
Əli Əkbər Salehi ABŞ prezidentinin ƏMTP-yə qarşı təkrar bəyanatına münasibət bildirərkən AEBA-nın baş direktoru Yukio Amanonun nüvə razılaşmasının T bəndinə dəyişiklik təklifi ilə çıxış etməsi barədə xəbəri təkzib edərək deyib: Yukio Amano və İranın Atom Enerjisi Təşkilatı bu bənd barədə eyni mövqedədirlər.
T bəndi partlayıcı nüvə cihazının layihələşdirilməsi və genişləndirilməsinə gətirib çıxara bilən fəaliyyətləri əhatə edir və ƏMBT-də ona qadağa qoyulub.