İrandan Bəhreynə cavab: İran haqqında açıqlama verə bilməzsiniz
https://azeri.sahartv.ir/news/İran-i290137-İrandan_bəhreynə_cavab_İran_haqqında_açıqlama_verə_bilməzsiniz
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şənbə gecə Bəhreyn xarici işlər nazirinin İranın ərazisi və dövləti haqda Twitter açıqlamasına reaksiyada bildirib: Qədim və möhtəşəm tarix və sivilizasiyaya malik İran haqda açıqlama vermək həddində deyilsiniz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 08:45 Asia/Baku
  • İrandan Bəhreynə cavab: İran haqqında açıqlama verə bilməzsiniz
    İrandan Bəhreynə cavab: İran haqqında açıqlama verə bilməzsiniz

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şənbə gecə Bəhreyn xarici işlər nazirinin İranın ərazisi və dövləti haqda Twitter açıqlamasına reaksiyada bildirib: Qədim və möhtəşəm tarix və sivilizasiyaya malik İran haqda açıqlama vermək həddində deyilsiniz.

İRNA-nın məlumatına görə, "Qədim İran diyarı əsil və ziyalı insanları ilə ən müstəqil region ölkəsidir və demokratiya və tarixi keçmişi özündə əks etdirir" deyən Bəhram Qasimi xatırladıb: İranda regiondan kənar ölkələrin dəstəyi ilə  əksər vətəndaşların istəyini repressiya etməkdən başqa hünəri olmayan Bəhreyn və digər mürtəce hakimlərinin kabusu yoxdur. 

Bəhreyn xarici işlər naziri Xalid Bin Əhməd Ali-Xəlifə son vaxtlar Twitterdə utanmaz açıqlamasında İran əleyhinə iddiaları təkrarlayıb və yazıb: "Faşist" İslam Respublikasının hazırkı və açıq-aşkar təhlükəsi ilə mübarizə apardığımız vaxtda, kənar məsələlərə görə, ABŞ-la qarşıdurmaya daxil olmamalıyıq.