Ruhani Papa və dünya ölkələri başçılarını təbrik etdi
Dek 24, 2017 21:30 Asia/Baku
İran İslam Respublikası prezidenti ayrı-ayrı müraciətlərdə dünya ölkələri başçılarını Həzrət İsanın (ə) səadətli doğum günü və 2018-ci milad ilinin başlanması münasibəti ilə təbrik edib.
Həsən Ruhani ümidvarlıq edib ki, Allah peyğəmbərlərinin təlimləri, dinc yanaşı yaşama prinsipinə arxalanaraq sülh, ədalət, bərabərlik, qardaşlıq və mötədilliyin genişlənməsi istiqamətində böyük addımlar atılacaq.
İran prezidenti əlavə edib: Ziyalılar, alimlər, ilahi dinlərin ardıcılları arasında birgə təşəbbüslər, dialoq və anlaşma ilə 2018-ci milad ilinin bütün dünya xalqları üçün mənəviyyat, izzət və rifahla dolu və ayrı-seçkilik və qarşıdurmalardan uzaq il olması üçün çalışmaq lazımdır.