İran qazının Omana nəqli boru kəmərinin çəkilməsi layihəsi araşdırılıb
https://azeri.sahartv.ir/news/İran-i290209-İran_qazının_omana_nəqli_boru_kəmərinin_çəkilməsi_layihəsi_araşdırılıb
İran İslam Respublikasının Omandakı səfiri Oman krallığının neft və qaz naziri ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 18:20 Asia/Baku
  • İran qazının Omana nəqli boru kəmərinin çəkilməsi layihəsi araşdırılıb
    İran qazının Omana nəqli boru kəmərinin çəkilməsi layihəsi araşdırılıb

İran İslam Respublikasının Omandakı səfiri Oman krallığının neft və qaz naziri ilə görüşərək danışıqlar aparıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Rza Nuri Şahrudi bazar günü Omanın neft və qaz naziri Məhəmməd Bin Həməd əl-Rumhi ilə görüşdə İran qazının Omana nəqli boru kəmərinin çəkilməsi üzrə proyektin son vəziyyəti və bu layihənin icrasının sürətləndirilməsi ilə əlaqədar məsələlər haqda fikir mübadiləsi aparıb.