İranda dini azlıqlar qanuni azadlıqlara malikdirlər
Dek 26, 2017 12:35 Asia/Baku
Tehran ermənilərinin baş yepiskopu deyib: Müxtəlif dinlərin davamçıları, xüsusiylə ilahi dinlər İranda konstitusiyada öz əksini tapmış qanuni azadlıqlara malikdirlər.
İRNA-nın verdiyi məlumata görə, Tehran ermənilərinin baş yepiskopu Səbu Sarkisiyan bu gün Həzrət İsanın(ə) mövludu münasibəti ilə Tehran şəhər şurasının üzvləri toplusunda etdiyi çıxışında deyib: Bu mübarək günlərdə dünyanın hər zamandan daha çox sülh, dostluq və sakitliyə ehtiyacı var.
Sarkisiyan deyib: Dünyada sülhün bərqərar olunması ədalətin bərqərar olunması və xalqların taptalanmış hüquqlarının təmin olunmasından asılıdır və tarix də göstərib ki, Sülh və Ədalət sadəcə ilahi dinlərin davamçıları arasında dialoq, dostluq və qarşılıqlı hörmətin olduğu zaman reallaşır.