İranda "147 Reg Sefid" quyusundakı yanğın söndürülüb
İranın Milli Neft Şirkətinin istehsal məsələləri üzrə sədr müavini İranın cənub-qərbində "147 Reg Sefid" quyusunda yanğının söndürülməsindən xəbər verib.
Möhsün Paknejad çərşənbə axşamı günü ŞANA-ya verdiyi müsahibədə əlavə edib: 58 gün davamlı əməliyyatdan sonra, quruda olan neft qaz və quyularında ən çətin yanğınsöndürmə əməliyyatı iranlı mütəxəssislər tərəfindən sona çatdırıldı.
İranın Milli Neft Şirkəti sədrinin istehsal məsələləri üzrə müavini deyib: Allah-taalanın köməyi, İranın Milli Qazıntı Şirkəti, Cənub Neft Əraziləri Milli Şirkəti yanğınsöndürənlərinin davamlı səyləri nəticəsində çərşənbə axşamı günü 147 Reg Sefid quyusunun yanğını tam şəkildə söndürüldü.
Möhsün Paknejad 147 Reg Sefid quyusunda odun söndürülməsini qaz yatağının böyük olması, bölgənin yolunun çətin olması, qayalıq quruluşuna görə, ötən 40 ildə ən ağır əməliyyatlardan biri adlandırıb.
İranın Milli Neft Şirkəti sədrinin istehsal məsələləri üzrə müavini deyib: 147 Reg Sefid quyusunda yanğının xüsusi və mürəkkəb üsullarla söndürülməsi iranlı mütəxəssislərin analoqu az olan bacarığı, peşəkarlığı, eləcə də "Biz bacararıq" şüarının bariz nümunəsidir.