Yan 02, 2018 10:13 Asia/Baku
  • Ruhani: Xalqın tələbləri nəzərə alınmalıdır

İran İslam Respublikası prezidenti bildirib ki, xalq məişət problemləri, korrupsiya və şəffaflığın olmamasından narazıdır və açıq siyasi atmosfer istəyir.

Gənc Jurnalistlər Klubunun verdiyi məlumata görə, Həsən Ruhani öz Tvitter səhifəsində İrandakı son etiraz aksiyaları barədə yazıb: Küçələrə axışan insanların hamısı haradansa istiqamətləndirilməyib və xalqın tələblərinə diqqət yetirilməlidir. 

Son günlərdə İranın bir neçə şəhərində əhali aksiyalar keçirərək bəzi maliyyə müəssisəslərinin fəaliyyətləri, bəzi malların bahalaşması və hökumətin nəzarət zəifliyinə öz etirazını bildirdi, bu aksiyaların bəziləri iğtişaşçılar vasitəsi ilə hərc-mərcliklərlə nəticələndi. 

ABŞ rəsmiləri və əcnəbi mediyalar xalq aksiyalarından su-istifadə edərək bu toplantıları hərc-mərcliyə sürükləməyə cəhd göstərdilər. 

 

Teqlər