Yan 03, 2018 09:48 Asia/Baku
  • Amerikalıların müdaxiləçi sözləri pislənilib

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi çərşənbə axşamı günü İranda son iğtişaşları dəstəkləmək üzrə amerikalı rəsmilərin müdaxiləçi sözlərini sərt şəkildə pisləyib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının nümayəndəliyi bu bəyanatda amerikalıların İranda zorakılıq və iğtişaşları dəstəkləməsini ABŞ və regional müttəfiqlərinin siyasətlərinin məğubliyyətini ört-basdır etmək kimi qiymətləndirib. 

İranın BMT-dəki nümayəndəliyinin bəyanatında bildirilib: ABŞ rəsmiləri İranda son iğtişaşları dəstəkləməklə bu ölkə və müttəfiqlərinin məğlubiyyətə uğramış siyasətlərini ört-basdır etməyə çalışır və bu yolla İranın şücaətli və böyük xalqından intiqam almaq istəyirlər. 

Bu bəyanatda İranın təhlükəsizliyi və stabilliyinin ötən dörd dekadada öz xalqına söykəndiyi bildirilib: İran xalqı son hərəkətlərin əksinə olaraq öz hüquq və nailiyyətlərini qoruyur, zorakılıq və təxribatla bu əsaslı hüququ və tarixi nailiyyətlərin məhv olmasına imkan verməyəcək. 

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyinin bəyanatında həmçinin ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heilinin təhdidləri və yaramaz sözlərini İranda zorakılıq və təxribatılığı dəstəkləmək kimi qiymətləndirib. 

Niki Heili çərşənbə axşamı günü BMT qərargahında mətbuat konfransında İranın bəzi şəhərlərində son günlərdəki iğtişaşları dəstəkləyib. 

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən iğtişaşa səbəb olub. 

ABŞ, sionist rejim rəsmiləri və əcnəbi Kütləvi İnformasiya Vasitələri bu ictimai aksiyalardan sui-istifadə edərək bu aksiyaları iğtişaş yaratmaq istiqamətinə yönəltməyə çalışıblar. 

Teqlər