Yan 08, 2018 12:37 Asia/Baku
  • Zərif Suriya və İraqda milli vəhdətə təkid edib
    Zərif Suriya və İraqda milli vəhdətə təkid edib

İranın xarici işlər naziri region ölkələrində milli vəhdət və ərazi bütövlüyünün mühafizəsinin böyük zərurət daşıdığını bildirərək deyib: Suriya və İraqda separatçı meylli etnik hərəkətlər region və dünya üçün təhlükədir.

Məhəmməd Cavad Zərif bu gün Tehranda 2-ci Beynəlxalq Təhlükəsizilk Konfransında etdiyi çıxışında Amerikanın regiona qarşı müdaxilələr və siyasətlərinin durumu daha da mürəkkəbləşdirdiyini bildirərək deyib: Amerika Suriyada öz qeyri-qanuni hərbi müdaxiləsini davam etdirəklə özünün təxribatçı siyasətlərinə israr edir. 

Tehranda 2-ci Beynəlxalq Təhlükəsizilk Konfransı 49 ölkənin siyasi, təhlükəsizlik rəsmiləri və tədqiqatçılarının iştirakı ilə bu gün öz işinə başlayıb. 

Zərif deyib: Fələstinin işğalının davam etdirilməsi region və dünyanın üz-üzə durduğu ən böhranlı məsələ olaraq qalır və Qüdsün ABŞ tərəfindən qeyri-qanuni sionist rejimin paytaxtı elan edilməsi müsəlmanlar və müsəlman dövlətləri ilə düşmənçilik elanı olaraq radikallıq və terrorizmə fürsət yaratmaqdır. 

İİR XİN rəhbəri Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzünün davam etməsini regionda böhran amillərindən biri adlandıraraq deyib: Təcavüzkarlar 33 ay müddətində nəticəsiz müharibədən sonra artıq başa düşməlidirlər ki, bu məsələnin başqa həll yolu yoxdur. 

Zərif regionda silah yarışmasına toxunaraq deyib: Heç bir ölkə qonşularının təhlükəsizliyini pozmaq bahasına özünə təhlükəsizlik yarada bilməz. 

İranın xarici işlər naziri İŞİD və ona bənzər qrupların ünsürlərinin hələ fəaliyyətdə olduqlarını xatırladaraq deyib: Yeni regionlarda ifratçılığın nüfuzu və yayılmasının qarşısının alınması, ifratçıların ideoloji və maliyyə qaynaqlarının məhv edilməsi bu təhlükəli təfəkkürün qalıqları ilə mübarizənin davam etdirilməsində diqqət mərkəzində saxlanılmalıdır. 

Teqlər