Ruhani iranlı tankerin işçilərinin vəziyyətinə baxılması barədə göstəriş verib
https://azeri.sahartv.ir/news/İran-i291759-ruhani_iranlı_tankerin_işçilərinin_vəziyyətinə_baxılması_barədə_göstəriş_verib
İran İslam Respublikasının prezidenti Çin sularında yanmış iranlı tankerin işçilərinin vəziyyətinə baxılması və onların taleyinin müəyyən edilməsinin sürətləndirilməsi hədəfilə bütün milli və regional imkanlardan istifadə olunması barədə lazımi göstərişlər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2018 12:20 Asia/Baku
  • Ruhani iranlı tankerin işçilərinin vəziyyətinə baxılması barədə göstəriş verib
    Ruhani iranlı tankerin işçilərinin vəziyyətinə baxılması barədə göstəriş verib

İran İslam Respublikasının prezidenti Çin sularında yanmış iranlı tankerin işçilərinin vəziyyətinə baxılması və onların taleyinin müəyyən edilməsinin sürətləndirilməsi hədəfilə bütün milli və regional imkanlardan istifadə olunması barədə lazımi göstərişlər verib.

Yanvarın altısında iranlı tankerin Çinin şərq sularında bir Çin-Honq-Konq gəmisi ilə toqquşması nəticəsində, otuzu iranlı və ikisi banqladeşli olmaqla otuz iki ekipaj üzvü itkin düşüb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın xarici işlər, neft, yol və şəhərsalma nazirləri, həmçinin digər əlaqədar rəsmilərilə keçirdiyi iclasda hesabatları dinlədikdən sonra vurğulayıb: Hazırkı mərhələdə ən mühüm məsələ, tankerin işçilərinin və onların ailələrinin vəziyyətinə baxılması və taleyinin müəyyən edilməsidir. Eyni zamanda, vurulmuş xəsarətlərin kompensasiyası üçün lazımi hüquqi fəaliyyətlər aparılmalıdır.