Zərif: Başqalarını təhlükəsizlikdən məhrum etmək dövrü başa çatıb
İran İslam Respublikası xarici işlər naziri Financial Times jurnalında yazdığı məqalədə bildirib: Başqalarını təhlükəsizlikdən məhrum etmək dövrü artıq başa çatıb və hazırda növbə təhlükəsizlik şəbəkələrinin yaradılmasıdır.
İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Financial Times jurnalına yazdığı məqalədə hazırda özü üçün xüsusi təhlükəsizlik yaratmaq və başqalarını təhlükəsizlikdən məhrum etmək məqsədilə bir bölgə ölkələrinin bir araya gəlmələrinin dövrü artıq başa çatıb.
Zərif əlavə edib: Fars körfəzinin ətrafı kimi bir bölgədə xüsusi bir qrup üçün təhlükəsizlik yaratmaq ideyası ölü bir ideyadır. Çünki Fars körfəzinin ətrafındakı bütün ölkələrin ortaq mənafeyi vardır.
İran xarici işlər naziri həmçinin yazıb: İŞİD terror qruplaşmasının məğlubiyyəti regionun böyük hissələrinə stabilliyin qayıtması üçün müjdə idi, digər tərəfdən bu məğlubiyyət yeni münaqişələr və gərginliklərdə alova üfürdü. Bəziləri həyəcanlı əsəbiliklərlə bu münaqişələr arasında yeni ruhun üfürülməsinə diqqətlərini yönəltdilər. Belə ki, ondan istifadə edərək İranın xarici siyasətinin reallıqlarının əks olunmasının qarşısını almaq üçün bir neçə illik metodlarını davam etdirsinlər.
İran xarici işlər naziri əlavə edib: İŞİD terror qruplaşması insanların daxili mənfi hissələrinin qaranlıqlarını əks etdirdi. Bununla belə həmin qruplaşma bir yerə toplaşmaq üçün fürsət və mövcud təhdidlə mübarizəni yaratdı. İŞİD-lə savaşda yaranan əməkdaşlıq yolu üzrə əlaqələr yeni dövrün nəzarətçisi ola bilər.
Məhəmməd Cavad Zərif həmçinin Yaxın Şərqdəki mövcud silah rəqabətini təxribatçı rəqabətlərin nümunəsi adlandırıb və əlavə edib: Silahqayıranların xəzinəsini doldurmaq üçün əsaslı ehtiyatları puç etmək sülh və stabilliyin yaranmasına heç bir kömək etməyəcək.