İranın yarım-şimal hissəsində güclü qar yağışı; məktəblər bağlanıb
https://azeri.sahartv.ir/news/İran-i293803-İranın_yarım_şimal_hissəsində_güclü_qar_yağışı_məktəblər_bağlanıb
İranın yarım-şimal hissəsində güclü qar yağışı nəticəsində şimal, şərq və qərb vilayətlərində orta məktəblər bu gün fəaliyyətini dayandırıb. Eləcə də idarələrdə fəaliyyətlər təxirlə başlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2018 06:41 Asia/Baku
  • İranın yarım-şimal hissəsində güclü qar yağışı; məktəblər bağlanıb

İranın yarım-şimal hissəsində güclü qar yağışı nəticəsində şimal, şərq və qərb vilayətlərində orta məktəblər bu gün fəaliyyətini dayandırıb. Eləcə də idarələrdə fəaliyyətlər təxirlə başlanacaq.

Tehran vilayətindən əlavə, bu gün İranın şimal, qərb vilayətlərinin əksəriyyəti, o cümlədən Qəzvin, Əlborz, Həmədan, Kirmanşah, Ərdəbildə güclü qar yağması nəticəsində orta məktəblər fəaliyyətlərini dayandırıb. 

Həmçinin güclü qar yağması ilə yetərli təhlükəsizliyin olmadığına görə, Yol Nəqliyyatı Təşkilatı İranın şimal-qərbinin bəzi yollarında, aeroportlar, xüsusilə də Tehran Beynəlxalq İmam Xomeyni (rə) aeroportunda fəaliyyətin dayandırılması haqda məlumat verib.