Yan 28, 2018 14:28 Asia/Baku
  • İran baş prokuroru: Bir qrup iğtişaşçının cinayət işi məhkəməyə göndərilmək üçün hazırdır
    İran baş prokuroru: Bir qrup iğtişaşçının cinayət işi məhkəməyə göndərilmək üçün hazırdır

İranın baş prokuroru iğtişaşçıların cinayət işinin son vəziyyəti haqda deyib: Bir qrup iğtişaşçının işində cəzanın verilməsi nəzərdə tutulub və məhkəməyə göndərilmək üçün hazırdır.

Höccətülislam vəlmüslimin Məhəmməd Cavad Müntəziri Məhkəmə Hakimiyyətinin Mizan agentliyi ilə müsahibədə əlavə edib: İranda son hadisələrdəki iğtişaşçıların əksəriyyəti iltizam, öhdəlik və yaxud münasib qərarla azad olunub.

İranın baş prokuroru xatırladıb: Sayı çox olmayan bəzi işğtişaşçıların cinayət işində onlara cəzaların verilməsi nəzərdə tutulub və məhkəməyə göndərilmək üçün hazırdır.

O həmçinin deyib: Saxlanılanların bir qrupu haqda araşdırma işləri başa çatmayıb və istintaq işləri təkmilləşməkdədir.

İranın bir neçə şəhərində bir qrup 2017-ci il 28 dekabrdan bir neçə günlüyə aksiya keçirərək və şüarlar verərək maliyyə müəssisələrində pulları batmış şəxslərin vəziyyətinin müəyyənləşməsi, bəzi məhsulların bahahaşması və zəif hökumət nəzarətinə etiraz edib. Bu aksiyalardan bəzisi xarici dəstək sayəsində iğtişaşçılar tərəfindən iğtişaşa sürüklənib.

Teqlər