Yan 31, 2018 10:36 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konqfransının baş katibi deyib: Bəzi ərəb ölkələrinin sionist rejimlə əlaqələri normallaşdırmaq üçün səylər heç bir yerə çatmayacaq.

Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının baş katibi və İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian çərşənbə axşamı günü Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Qudumi ilə görüşdə deyib: HƏMAS və İslam Cihadı hərəkatları sionist rejim əleyhinə müqavimətin iki əsasıdır və bu iki hərəkatın sionist rejimlə mübarizədəki rolu tarixidir. 

Əmir Abdullahian region prosesləri və Fələstin intifazəsinə dəstəyə toxunaraq İran İslam Respublikasının Fələstinə dəstəyini strateji adlandırıb və əlavə edib: ABŞ prezidenti Donald Trampın ölçülməmiş açıqlaması bir daha bütün diqqətləri Fələstin və Qüdsə yönəltdi. 

Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının baş katibi Qəzzədə insan durumuna diqqət ayırmağı önəmli adlandırıb və deyib: Təl-Əviv islam ölkələrinin təhlükəsizliyi ilə oynaya bilməz və bu gün müqavimət ən yaxşı şəraitdədir. 

HƏMAS Hərəkatının Tehrandakı nümayəndəsi Xalid Qudumi də bu görüşdə Trampın Fələstin əleyhinə hərəkətlərini qınayaraq deyib: Tramp hökuməti fələstinlilərin hüquqlarını görməməzliyə vuraraq sionistlərin təhlükəsizliyini təmin etməyə çalışır. 

Qudumi islam ölkəlkərinin Fələstin xalqı və müqavimətə dəstəyinin davam etməsini istəyib və İran İslam Respublikasının Fələstin və Qüds haqda təsirli dəstəklərini alqışlayıb. 

Teqlər