Ölkələr arasında iqtisadi əməkdaşlıqlarda partiyaların rolu
Çin və Malayziya Birgə Asasmbleyasının Mərkəzi Komitəsinin üzvü deyib: Müxtəlif ölkələrdə partiyalar iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsində önəmli rola malik ola bilərlər.
İRNA-nın məlumatına görə, Çin və Malayziya Birgə Assambleyasının Mərkəzi Komitəsinin üzvü Dato Yoçok Tu Tehranda keçirilən Asiya Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası, "İpək Yolu" 2-ci xüsusi konfransında deyib: Birgə əməkdaşlıqların inkişaf etdirilməsi ilə müxtəlifölkələr arasında yaxşı yanaşı yaşamanı yaratmaq olar.
Yoçok Tu deyib: Çinin Asiya ölkələri ilə yaxşı münasibətləri vardır və çoxlu iqtisadi mövqelər yaratmaq istəyir.
Asiya Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası, eləcə də "İpək Yolu" 2-ci xüsusi konfransı ötən gün, 25 Asiya ölkəsinin 40 partiya və siyasi təşkilatlarının rəhbəri, baş katibi və rəsmilərinin iştirakı ilə Tehranda işə başlayıb.