Bağdadda İran-Rusiya-İraq-Suriya dördtərəfli iclası keçirilib
-
Bağdadda İran-Rusiya-İraq-Suriya dördtərəfli iclası keçirilib
İran-Rusiya-İraq-Suriya dördtərəfli dövri kəşfiyyat iclası dünən Bağdadda keçirilib.
İraqın hərbi kəşfiyyat rəisi general-leytenant Səəd Ələlaqın sədrliyi altında İran-Rusiya-İraq-Suriya kəşfiyyat mərkəzində keçirilən bu iclasda üzvlər özlərinin terrorizmlə mübarizə, həmçinin təhlükəsizlik və kəşfiyyat sahələrindəki fəaliyyətləri barədə ətraflı məlumatlar təqdim ediblər.
General-leytenant Səəd Ələlaq bu iclasda İŞİD terror qrupu ilə mübarizədə İranın himayələrinə görə öz minnətdarlığını bildirib.
Ələlaq həmçinin İŞİD ilə mübarizədə dördtərəfli koalisiyanın oynadığı rolu olduqca təsirli adlandırıb.
Bu iclasda fəxri qonaq qismində iştirak edən İranın Bağdaddakı səfiri də öz çıxışında İŞİD-in məğlub edilməsində dördtərəfli kəşfiyyat koalisiyasının rolunu təsirli adlandırıb və bütün üzvlərə, o sıradan rusiyalı və suriyalı tərəflərə təşəkkür edibdir.
İrəc Məscedi həmçinin İranın bu koalisiyaya üzv ölkələr xüsusiyyət təşkil etməklə çoxtərəfli həmkarlıqlara verdiyi önəmə işarə edərək, İranın üzvlərin razılığa gələcəkləri hər bir səviyyədə mərkəzin fəaliyyətinin davam etdirilməsinə hazır olduğunu bildirib.
İran, Rusiya, Suriya və İraq 2015-ci ildə terrorizmlə mübarizə üçün dörtərəfli bir koalisiya təşkil ediblər. İndiyədək dörd ölkənin dövri iclasları ardıcıl şəkildə keçirilibdir.
Suriyada böhran 2011, İraqda böhran isə 2014-cü ildə region parametrlərini sionist rejimin xeyrinə dəyişmək istiqamətində Ərəbistan, ABŞ və müttəfiqlərinin himayəsi altda olan terror qruplarının geniş hücumları ilə başlanıb.
Suriya və İraq orduları son zamanlar İranın məsləhət yardımları və Rusiyanın himayələrilə bu iki ölkədə İŞİD-in işinə son qoya bildilər.