General Cəfəri: Suriya tezliklə azad ediləcək
https://azeri.sahartv.ir/news/İran-i294901-general_cəfəri_suriya_tezliklə_azad_ediləcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İŞİD-in İraqda məğlub olmasının ardınca, yaxın gələcəkdə Suriyanın da azad edilməsinin şahidi olacağıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2018 07:46 Asia/Baku
  • General Cəfəri: Suriya tezliklə azad ediləcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İŞİD-in İraqda məğlub olmasının ardınca, yaxın gələcəkdə Suriyanın da azad edilməsinin şahidi olacağıq.

General-polkovnik Məhəmməd Əli Cəfəri çərşənbə günü axşam İranın cənubunda yerləşən Kerman ostanında Müqavimət İqtisadiyyatı Qərargahında etdiyi çıxışında deyib: İranın gücünün dünyaya sübut edilməsi və düşmən qarşısında möhkəm müqavimət göstərilməsinin ardınca, Livan, İraq, Fələstin, Yəmən və Suriya xalqları da düşmənlər qarşısında dayanmağa başlayıblar. 

Sepah-ın baş komandanı əlavə edib: Zülm və hegemonçuluq qarşısında müqavimət göstərmək və zülmə qarşı mübarizə aparmaq İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in təlimlərindəndir və İslam İnqilabı indiyə kimi bu təlimlərə çox yaxşı əməl edib.