Mart 01, 2018 18:17 Asia/Baku
  • İnqilab Rəhbəri: Bu gün Suriya müqavimətin ön cəbhəsidir
    İnqilab Rəhbəri: Bu gün Suriya müqavimətin ön cəbhəsidir

İslam İnqilabının Böyük Rəhbəri Suriyanın vəqflər naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə deyiblər: Əgər region ölkələri başçıları və xalqları müqavimətlə bağlı qətiyyətli qərar qəbul edərlərsə, düşmən heç bir qələt edə bilməz.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı baş tutan bu görüşdə deyiblər: Suriya bu gün müqavimətin ön cəbhəsidir və bizim vəzifəmiz Suriyanın müqavimətini dəstəkləməkdir.

Həzrət Ayətullahülüzma Xamanei həmçinin deyiblər: Suriyanın hörmətli prezidenti Bəşşar Əsəd bir mübariz simasında zahir olub. O, heç bir şəkk və şübhəyə yol vermədən, möhkəm dayanıb. Bu, bir xalq üçün çox önəmlidir.

İnqilab Rəhbəri daha sonra deyiblər: Zillət içində yaşadığını gördüyünüz bu müsəlman xalqlar, zəlil deyillər. Onların rəhbərləri zəlildir. Əgər, bir millət  izzət hissinə malik olan bir rəhbərə sahib olarsa, o xalq əziz olar. Düşmən belə bir millət ilə heç bir iş görə bilməz.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin deyiblər: Biz, İslam İnqilabının 40-ıncı yaşına qədəm qoymuşuq. Elə ilk gündən dünyanın bir nömrəli qüdrətləri bizə qarşı əlbir oldular. Həm Amerika, həm Sovet İttifaqı. Həm NATO. Həm irticaçı Ərəb rejimləri. Hamısı əlbir oldular. Amma, biz məhv olmadıq və inkişaf etdik. Bu nə deməkdir? Bu, böyük qüdrətlərin istəklərinin, həmişə gerçəkləşmədiyi deməkdir.

Həzrət Ayətullahülüzma Xamenei sonda deyiblər: Bu məsələ xalqlara düşüncə və idrak verir. Onlara mərifət verir, onları maarifləndirir. Onlara ümid verir, Güc verir. Deməli, biz, siz və bütün digər müqavimət əhlsinin qərarı qətiyyətli olarsa, düşmən heç bir qələt edə bilməz.

Teqlər