Zərif: Radikallıq Yaxın Şərq üçün yeni təhdiddir
İran İslam Respublikası xarici işlər naziri deyib: Hazırda Yaxın Şərqdə yeni təhlükə ilə üzləşmişik və bu, radikallıq təhlükəsidir.
Məhəmməd Cavad Zərif Bosniya və Herseqovinada yaşayan iranlılarla görüşündə dinin radikallıqla heç bir əlaqəsinin olmadığını bildirərək deyib: 1990-cı illərdə Avropada radikallar xristian deyildilər və hazırda Qərbi Asiyadakı radikallar da müsəlman deyillər.
Radikallığın bir dəfə Balkan bölgəsini alovlandırdığına toxunan İran xarici işlər naziri bildirib: Hazırda Yaxın Şərqdə İŞİD və terrorizm radikallığı coğrafi baxımdan məğlubiyyətə uğrayıb. Lakin bu təhlükə və islamla heç bir əlaqəsi olmayan bu təhlükəli təfəkkür hələlik vardır.
Zərif xatırladıb: Bosniya və Herseqovinanın əsil mədəniyyəti islam ürfanı və birlik məntiqinə əsasən qurulub və bu mədəniyyətə zorakılıqla mübarizə və nifrəti qəbul etməmək hakimdir.
İran xarici işlər naziri həmçinin bildirib: İran çətin günlərdə Bosniya və Herseqovinanın yanında olmuşdur və bununla fəxr edir.