Mart 02, 2018 17:57 Asia/Baku
  • Brucerdi: İranın sionist rejimlə heç bir əlaqəsi yoxdur
    Brucerdi: İranın sionist rejimlə heç bir əlaqəsi yoxdur

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri idman sahəsinin İranın sionist rejimlə kəsilən münasibətlərinin kiçik bir hissəsi olduğunu bildirərək deyib: İran İslam Respublikası quruluşunun bu qəsbkar rejimlə heç bir iqtisadi və siyasi münasibəti yoxdur.

İRNA-nın məlumatına görə, Əlaəddin Brucerdi cümə günü mətbuat konfransında deyib: İran idmançılarının sionist idmançılarla qarşılaşmaqdan çəkinməsi önəmli və amal məsələdir. Bu da bu qəsbkar rejimi rəsmən tanımamaq istiqamətində həyata keçirilir. 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin deyib: İŞİD nəhs fenomeninin yaranması, İraq və Suriyanın parçalanması ABŞ və müttəfiqlərinin region üçün hazırladığı planlar idi və məğlubiyyətə uğradı. 

Brucerdi Yəmənin böhranlı vəziyyətinə də münasibət bildirib: Səudiyyə Ərəbistanı ABŞ və İsrail rejimi istehsalı olan silahlarla məzlum Yəmən vətəndaşlarını atəşə tutur və Yəmənə təcavüzdən min gün sonra məğlubiyyətə uğrayıb. 

Teqlər