Mart 04, 2018 09:44 Asia/Baku
  • Qasmei: İran və Avropa on illərdir ki, dialoq aparır
    Qasmei: İran və Avropa on illərdir ki, dialoq aparır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və Avropa arasında on illərdir ki, dialoqun mövcud olduğunu deyərək, iki tərəf arasında fikir mübadiləsi, məsləhətləşmə və müzakirə baxımından heç bir manənin olmadığını deyib.

İRNA-nın məlumatına görə, Bəhram Qasemi şənbə günü İran və Avropa arasında regional məsələlərlə bağlı müzakirələrin yeni mərhələsinin başlanması haqda yayılan xəbərlərə reaksiya olaraq deyib: Hər hansı bir dialoq müəyyən bir mövzu barədə müzakirə kimi yozulmamalıdır. 

Qasemi əlavə edib: Münhen Təhlükəsizlik Konfransının kənarında İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı ilə bir neçə Avropa ölkəsinin xarici işlər nazirinin müavinləri arasında Yəmən mövzusu ilə bağlı danışıqlar oldu.

Qasemi həmçinin deyib: İran daim öz diplomatik əlaqələrində savaşın sonlandırılması, sakitliyin bərpa edilməsi və müharibədən zərər çəkmiş insanlara humanitar yardımların göndərilməsi prinsiplərini əsas tutaraq, Yəmən xalqının ağrı və acılarını azaltmaq üçün diplomatik səylərə təkid edir. 

Qasemi vurğulayıb: İran və Avropa arasındakı danışıqlar yeni məsələ deyil. Amma, bu danışıqların Qərb medialarının son zamanlar yaydıqları xəbərlər ilə hansısa əlaqəsi yoxdur. 

Qərb mediaları o cümlədən Röyters cümə axşamı Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın nüvə anlaşması ilə bağlı təyin etdiyi möhlətin sonuna yaxınlaşması ilə, İranın regiondakı rolu barədə Tehran ilə danışıqlara başladığını yazıblar. 

Teqlər