Əmir Abdullahiyan: İran Fələstinin məzlum xalqının hüquqlarını daim müdafiə edəcək
-
Əmir Abdullahiyan: İran Fələstinin məzlum xalqının hüquqlarını daim müdafiə edəcək
İran İslam Respublikası İslam Şurası Məclisinin sədr köməkçisi Hüseyn Əmir Abdullahiyan şənbə günü Fələstinin Tehrandakı səfiri Səlah Əl-Zəvavi ilə görüşdə deyib: İran İslam Respublikası daim fələstin xalqının hüquqlarını müdafiə edib, bundan sonra da edəcək.
İRİB-nin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan həmçinin deyib: İran İslam Respublikasının siyasəti bütün dünya ölkələri, xüsusilə İslam ölkələri ilə yaxşı əlaqələrə malik olmaqdır.
Fələstinin Tehrandakı səfiri də bu görüşdə İran İslam Respublikasının regionda sabitlik və təhlükəsizliyin təmin edilməsindəki roluna təkid edərək, deyib: İran İslam Respublikası İslam dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsində öncüldür.
Səlah Əl-Zəvavi daha sonra İran İslam Respublikasında Fələstin xalqına olan dəstəklərinə görə təşəkkür edib.
Fələstinli səfir daha sonra Fələstin məsələsinin həll edilməsi və Qüdsün azadlığı istiqamətində daha təsirli addımların atılacağına ümidvar oldğunu bildirib və deyib: Heç şübhəsiz sonda Fələstin xalqı qalib gələcək.