Admiral Fədəvi: İranın dəniz imkanları düşməni peşman edir
-
Admiral Fədəvi: İranın dəniz imkanları düşməni peşman edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qüvvələri komandanı deyib: İranın dəniz qüdrəti və imkanları düşməni peşman edir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qüvvələri komandanı admiral Əli Fədəvi bazar günü İran İslam Respublikası ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qoşunları komandanlarının Bəndər Abbas liman şəhərində keçirilən birgə iclasında deyib: İran ordusu və Sepah-ın dəniz qoşunları vahid bir məcmuə olaraq sonsuz gücə və bacarığa malikdir və düşmən bunu çox yaxşı bilir.
Admiral Fədəvi əlavə edib: Düşmən qarşısında yaradılmış real bacarıqlar hətta, ABŞ kimi böyük düşmənlərin də İran ilə qarşıdurmanın mənfi nəticələrinin müsbət cəhətlərindən daha artıq olacağını anlamasına səbəb olub.
İran İslam Respublikası ordusu dəniz qoşunları komandanı kontr-admiral Hüseyn Xanzadi də bu iclasda deyib: Ordu və Sepah-ın dəniz qoşunları dünya imperializmi qarşısında İranın düyünlənmiş yumruğudur.