Zərif: Heç vaxt başqalarının ərazisini işğal etmək davamlı olmayıb
https://azeri.sahartv.ir/news/İran-i297839-zərif_heç_vaxt_başqalarının_ərazisini_işğal_etmək_davamlı_olmayıb
İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı sionist rejimin baş naziri Benyamin Netanyahunun İran əleyhinə söylədiklərinə reaksiya olaraq deyib: heç vaxt başqalarının ərazisini işğal etmək davamlı olmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 06:47 Asia/Baku
  • Zərif: Heç vaxt başqalarının ərazisini işğal etmək davamlı olmayıb

İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı sionist rejimin baş naziri Benyamin Netanyahunun İran əleyhinə söylədiklərinə reaksiya olaraq deyib: heç vaxt başqalarının ərazisini işğal etmək davamlı olmayıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif öz Tvitter səhifəsində paylaşdığı yazıda deyib: Netanyahunun iddiasının əksinə olaraq, regiondakı problemlərin başlıca səbəbi qeyri-qanuni işğalçılıqdır. 

İsrailin baş naziri çərşənbə axşamı Amerika İsrail İctimai Əaqələr Komitəsinin (AİPAC) iclasında İran İslam Respublikasının bütün region üçün təhdid olduğunu deyib. 

Netanyahu həmçinin, ABŞ prezidenti Donald Trampa Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar çıxartmasına və İran əleyhinə siyasət yürütməsinə görə təşəkkür edib. 

İran İslam Respublikası daim Fələstin xalqını himayə edərək, sionistlərin işğalçılıqları və cinayətlərini pisləyib. 

İran İslam Respublikasının prinsipial mövqeyi Fələstinin işğal edilməsi ilə müxalifətdir. Bu da ABŞ və İsrail başçılarını qəzəbləndirir.