Mart 08, 2018 17:22 Asia/Baku
  • İnqilab Rəhbəri: İranın regiondakı iştirakının Amerikaya və Avropaya dəxli yoxdur
    İnqilab Rəhbəri: İranın regiondakı iştirakının Amerikaya və Avropaya dəxli yoxdur

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Amerika hər yerdə pozğuncasına və fitnəkarcasına iştiraka malik olmasına rəğmən, ardıcıl şəkildə İranın regiondakı iştirakı barədə şübhə yaradır.

Həzrət Ayətullahuluzma Xamenei bu gün Həzrət Seddiqeyi-Kübra(s.ə)-nın mövludunun ildönümü günü ərəfəsində Əhli-Beyt(ə) şairləri və sitayiş edənlərindən minlərlə nəfərlə görüşdə amerikalı və avropalı rəsmilərin İranın regional iştirakı ilə müxalif olan sözlərinə cavabda belə qeyd ediblər: Görəsən, biz regionda iştirak üçün Amerikadan icazə almalıyıq? 

O həzrət əlavə ediblər: İran İslam Respublikası regionda iştirak üçün amerikalılarla yox, region dövlətlərilə müzakirə və danışıqlar aparmalıdır. Haçan Amerikada iştirak etmək istəsək, onda sizinlə danışarıq! 

O həzrət avropalı rəsmilərin regionda iştirak barədə İranla müzakirəyə təmayül göstərmələrinə cavabda da bir daha bu cəhəti vurğulayaraq, soruşublar: Bu məsələnin sizə nə dəxli var? 

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası region xalqları ilə müzakirə edir, qərarlaşır, irəli gedir və daha da irəli gedəcəkdir.

O həzrət sonra düşmənlərin İran xalqına qarşı qırx il ardıcıl və misli görünməmiş fitnələrinə rəğmən, inqilabın günbəgün artan tərəqqisini iftixar mənbəyi və ilahi lütfkarlığın nişanəsi adlandırıb və belə deyiblər: İran düşmənləri bir neçə ay bundan öncədən bir araya gələrək, ilin son üç ayı üçün planlar cızıblar ki, öz gümanlarına görə, İran İslam Respublikasının işini bitirmiş olsunlar.

Həzrət Ayətullahuluzma Xamenei qərblilərin çıxışlarında "cinsiyyət ədaləti" kimi məsələlərin irəli sürülməsini gerçəklikdən uzaq bir məsələ və zahiri bir hərəkət adlandırıblar və vəzifə sahibi olan çoxlu sayda qərbli qadının son aylarda idarə məsələləri prosesində zorakılıq və sui-istifadələrə məruz qaldıqlarını etiraf etmələrinə işarə edərək, deyiblər: İslam hicab vasitəsilə qapını bu yanlış nöqtənin üzünə bağlayıbdır. Deməli, islami hicab qadının toxunulmazlığı vasitəsidir.

O həzrət qadınların mədəni və mahiyyət istiqlaliyyəti bayrağının iranlı qadınların əlində olduğunu vurğulayaraq, əlavə ediblər: İranlı qadınlar hicabı qorumaqla öz mədəni və mahiyyət istiqlaliyyətlərini ixrac və bu yeni sözü elan edirlər ki, qadın hicabı və iffətini qorumaq və əcnəbi və tamahkar kişilərin sui-istifadələrinin qarşısını almaqla ictimai meydanlarda fəal və təsirli iştiraka malik ola bilərlər.

İslam İnqilabının Böyük Rəhbəri ailə ocağını təhqir edən və "cinsiyyət ədalətini kişilərin iştirak etdikləri hər bir meydanda qadınların da iştirak etməli olduqları" kimi göstərməyə çalışanları tənqid edərək, bu işi qadınlara və onların hörməti və şəxsiyyətinə qarşı xəyanət adlandırıb və belə deyiblər: Qadın möhtərəmdir və heç kəs onun ictimai meydanlarda, təhsil almaq və məsuliyyət əldə etməkdə iştirak etməsilə müxalif deyil.

O həzrət əlavə ediblər: Məhz İslam İnqilabının hünəridir ki, bu gün iranlı qadınlar ən yaxşı mədəni şəxsiyyətlər və alimlər sırasındadırlar, zira inqilabdan öncə belə deyildi və elmi və mədəni sahələrdəki qabaqcıl qadınların sayı çox məhdud idi.

Teqlər