İran səfirliyinə hücum edənlər saxlanılıblar
-
İran səfirliyinə hücum edənlər saxlanılıblar
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə İranın Londondakı səfirliyinə hücum edənlərin saxlanılmasından xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, Bəhram Qasimi İİR-in Londondakı səfirliyinin balkonuna hücum edənlərin saxlanıldığı və bu hadisənin sona çatdığını deyib.
Qaqimi hadisəni törədənlərin cəzalandırılmasını istəyib.
Özlərini Şirazi firqəsinin tərəfdarları adlandıran bir qrup dünən axşam qabağı İranın Londondakı səfirliyinə hücum edib İran İslam Respublikasının bayrağını təhqir edib.
Hadisədən dərhal sonra İİR xarici işlər nazirinin müavini seyid Abbas İraqçi İİR-in kəskin etirazını Britaniyanın Tehrandakı səfiri Nikolas Haptona bildirib və London polisinin iranlı diplomatları mühafizə etməsi və hücumçularla kəskin qarşılaşmasını istəyib.
Bəhram Qasimi bu barədə deyib: Britaniyanın Tehrandakı səfiri ölkəsinin baş verən hadisə ilə əlaqədar rəsmi üzrxahlığını təqdim edib və bildirib ki, Londonun xüsusi təyinatlı polis qüvvələri hadisə yerindədir və vəziyyət nəzarətə alınıb.
Sözü gedən qruplaşmanın üzvləri İİR-in Londondakı səfirliyinə hücum edərkən əllərində dəyənək və biçaq daşıyıbmışlar.
Hadisədən 3 saat sonra , İran səfirliyinə hücum edənlər London polisi tərəfindən saxlanılıblar.
İngilis şiəsi kimi tanınan Şirazi firqəsi, seyid Sadiq Şirazi adlı bir şəxsin təsiri altındadır.
Bu firqə sünnilərin müqəddəslərini təhqir edir.