Cahangiri: Müqavimət iqtisadiyyatı Qərbin sanksiyaları qarşısında bir maneədir
https://azeri.sahartv.ir/news/İran-i298289-cahangiri_müqavimət_iqtisadiyyatı_qərbin_sanksiyaları_qarşısında_bir_maneədir
İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İran iqtisadiyyatını hərəkətə gətirən ən mühüm təkanlar zorakı qüdrətlər və Qərb dövlətlərinin əsassız bəhanələrlə İrana qarşı tətbiq etdikləri sanksiyalar idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2018 12:15 Asia/Baku
  • Cahangiri: Müqavimət iqtisadiyyatı Qərbin sanksiyaları qarşısında bir maneədir
    Cahangiri: Müqavimət iqtisadiyyatı Qərbin sanksiyaları qarşısında bir maneədir

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: İran iqtisadiyyatını hərəkətə gətirən ən mühüm təkanlar zorakı qüdrətlər və Qərb dövlətlərinin əsassız bəhanələrlə İrana qarşı tətbiq etdikləri sanksiyalar idi.

İshaq Cahangiri bazar günü Tehranda keçirilən bir mərasimdə müqavimət iqtisadiyyatının icra edilməsini İran hökumətinin gündəmində duran əsas məsələlərdən adlandırıb və deyib: Müqavimət iqtisadiyyatının həyata keçirilməsində məqsəd İran iqtisadiyyatını xarici təkanlar qarşısında dözümlülüyə malik olacaq bir səviyyəyə yüksəltməkdir.

İran İslam Respublikası prezidentinin birinci müavini Qərbin əsassız bəhanələrlə İran əleyhinə sanksiyalar tətbiq etməsinə işarə edərək, deyib: Müqavimət iqtisadiyyatının icra edilməsi ilə ölkə iqtisadiyyatını qərbin yenidən sanksiyalar tətbiq etməsi qarşısında qoruyacaq və gücləndirəcəyik.