Mart 14, 2018 09:27 Asia/Baku
  • Zərifin Pakistana səfəri sona çatıb

İran İslam Respublikası xarici işlər naziri İslamabad və Kəraçidə Pakistan rəsmiləri ilə görüşlərindən sonra Tehrana qayıdıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bazar günü Pakistana başlatdığı 3 günlük səfərində, Pakistanın baş naziri Şahid Xaqan Abbasi, xarici işlər naziri Xacə Məhəmməd Asəf, daxili işlər naziri Əhsən İqbal, Milli Məclisin sədri Sərdar Ayaz Sadıq və ordunun baş komandanı Qəmər Cavid Bacua ilə görüşüb, iki tərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib. 

Ticarət, bank və təhlükəsizlik əməkdaşlıqları, qaz kəməri layihəsinin təkmilləşdirilməsi, Suriya və Yəmən barədə regional mövzular xüsusunda müzakirələr, İran-Pakistan əlaqələrinin 70 illiyi tədbirində çıxış , iki ölkənin ticarət toplantısında iştirak Zərifin Pakistan səfəri proqramını təşkil edirdi.

Teqlər