General Rzayi: İran İslam Respublikası sərhədlərinə nüfuz edilə bilməz
Mart 17, 2018 19:06 Asia/Baku
İranın Hüquq Mühafizə Qüvvələri Dövlət Sərhəd Xidmətinin komandanı deyib: İran İslam Respublikasının sərhədlərinə nüfuz edilə bilməz və düşmənlərin sonsuz məkrli planlarına baxmayaraq, İranın sərhəd bölgələrinin təhlükəsizliyi haqda heç bir nigaranlıq yoxdur.
General-mayor Qasim Rzayi şənbə günü Ərdəbildə deyib: İran İslam Respublikası hərbi və müdafiə baxımından möhkəm qala və nüfuz olunmazdır və heç bir qüdrətin ona nüfuz etmək cürəti yoxdur.
General Rzayi İran sərhədlərinin dünyanın ən təhlükəsiz sərhədi olduğunu bildirərək deyib: Halbuki qonşu ölkələrin əksəriyyətində təlatümlü vəziyyət vardır və hər gün böhranlarla üzləşirlər.