Laricani: İranın raket məsələsi müzakirə predmeti ola bilməz
İranın İslami Şura Məclisinin sədri deyib: Avropa ölkələri İranın raket məsələsini Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə birgə nəzərə almamalı və bu razılaşma barəd özlərinin və Amerikanın üzərinə düşənləri həyata keçirməyi düşünməlidirlər.
Əli Laricani dünən Tehranda Omanın xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşündə İranın raket məsələsinin bəzi ölkələri nigaran etməsinə toxunaraq deyib: Raket texnologiyası 30 ildir ki İranın ixtiyarındadır və bu yeni bir hadisə deyil, digər tərəfdən nəzərə almaq lazımdır ki, İran İslam Respublikası hansı ölkəni raketlə hədəfə alıb?
İran parlamentinin sədri deyib: İran nüvə razılaşmasına sadiqdir və bu digər tərəflərin də razılaşmaya sadiq qalacaqlarından asılıdır.
Əli Laricani deyib: Regionda bugün destabil şərait hökm sürür və region ölkələri və digər ölkələr bu məsələyə diqqət yetirməlidirlər.
Omanın xarici işlər naziri Yusif Bin Ələvi də bu görüşdə bildirib: Bəzi ölkələr İran İslam Respublikasının raket müdafiə siyasətindən qorxurlar amma qorxmağa səbəb yoxdur, ona görə ki, regiondakı gərgin vəziyyəti nəzərə alaraq İranın öz təhlükəsizliyini mühafizə etmək üçün hərbi gücə malik olmaq haqqı var.