Mart 18, 2018 15:07 Asia/Baku
  • General Dehqan: İranın silahlı qüvvələri hərhansı təhdidə möhkəm reaksiya verəcək
    General Dehqan: İranın silahlı qüvvələri hərhansı təhdidə möhkəm reaksiya verəcək

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının müşaviri deyib: İranın silahlı qüvvələri hərhansı təhdidə dağıcıcı cavab verə biləcək səviyyədədir.

General Mayor Hüseyn Dehqan İran radiosunun aktual söhbət verilişində deyib: Düşmən İran İslam Respublikasına qarşı əlindən gələni əsirgəməyib. Məhz buna görə də İranın silahlı qüvvələri düşmənlə qarşılaşmaq üçün ehtiyaclı olduqları təchizatların təmini sahəsində önləyicilik səviyyəsinə nail olublar. 

General Dehqan Ali Baş Kamandanın İranın silahlı qüvvələrinin ən güclü cəhəti olduğunu bildirərək deyib: Silahlı qüvvələrin əsas güc bazası İranın agah xalqıdır, o düşmənin mahiyyətini bilir, məkirli planlarını başa düşür və onların məkirli planları qarşısında vaxtlı-vaxtında meydana gəlir. 

General Dehqan İran İslam Respublikasının müqavimət məhvərindəki uğurlarına toxunaraq deyib: İŞİD təşkilatı deyilən bir şey yoxdur, İraq və Suriya orduları və xalq qüvvələri İranın əməkdaşlığı və müşavirəsi ilə regionu İŞİD-dən təmizləyə bildilər. 

Teqlər