Mart 28, 2018 09:16 Asia/Baku
  • Zərif: Region ölkələri ixtilafları danışıqlar vasitəsi ilə həll etsinlər

İran İslam Respublikası xarici işlər naziri region ölkələrini ixtilafları danışıqlar yolu ilə həll etməyə çağırıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Qətərin əl-Cəzirə xəbərinin internet portalında yayımlanan məqalədə region ölkələrinin ortaqlıarlarına toxunaraq onları qarşılaşma yerinə birliyə çağırıb və bildirib: İran İslam Respublikası öz sədaqət əlini qonşularına doğru uzadır. 

İran xarici işlər naziri İslam Respublikasının müharibəni başlamağa maraqlı olmadığını bildirərək region ölkələrini müharibə meydanı yerinə ixtilafları danışıqlar masası arxasında həll etməyə çağırıb. 

Zərif bildirib: Ərəblər, türklər, farslar, kürdlər və regionun digər xalqlarının birgə tarix, vahid mədəniyyət, oxşarlıqları olan dillər və bir-birlərindən qarşılıqlı təsirlər alan adət-ənənələri vardır. 

İran xarici işlər naziri əlavə edib: İran və quru və su sərhədləri olan ərəb qonşularının birgə təhlükəsizliyi BMT sənədlərinin müəyyənləşdirdiyi birgə prinsiplərə sadiq qalmağa əsaslanır. Hakimiyyət, gücdən istifadə etməklə hədələməkdən çəkinmək, böhranların dinc yolla həll edilməsi, ərazi bütövlüyü və sərhədlərin qorunması, ölkələrin daxili məsələlərinə müdaxilədən çəkinmək və öz müqəddəratını təyinetmək kimi prinsiplər. 

İran xarici işlər naziri qərb ölkələrinin regiondakı müdaxilələri və hərbi iştirakına toxunub və bildirib: Əcnəbi ölkələr həmişə müharibə seçimini seçiblər və regionda ardıcıl müharibələr yaratmaqla sülhün yaranmasına imkan verməyiblər. 

Zərif əlavə edib: İran İslam Respublikası region ölkələrinin ortaqlıqlarının bəzi əsassız və öz mənafeyini güdməkdən qaynaqlanan nigaranlıqlardan qat-qat çox olduğuna inanır. 

İran xarici işlər naziri xatırladıb: Region ölkələri sülh yolunu seçməzlərsə, gələcək nəsillər bir-birlərinin üzünə belə baxa bilməyəcəklər.  

Teqlər