İran Qəzzədə fələstinlilərin İsrail tərəfindən qırğın edilməsi hadisəsini pislədi
https://azeri.sahartv.ir/news/İran-i300334-İran_qəzzədə_fələstinlilərin_İsrail_tərəfindən_qırğın_edilməsi_hadisəsini_pislədi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsrail hərbçilərinin dünən axşam Qəzzə zolağında onlarla fələstinlini öldürməsi və mindən çox insanı yaralamasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 08:45 Asia/Baku
  • İran Qəzzədə fələstinlilərin İsrail tərəfindən qırğın edilməsi hadisəsini pislədi
    İran Qəzzədə fələstinlilərin İsrail tərəfindən qırğın edilməsi hadisəsini pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsrail hərbçilərinin dünən axşam Qəzzə zolağında onlarla fələstinlini öldürməsi və mindən çox insanı yaralamasını qınayıb.

Bəhram Qasemi şənbə günü deyib: Çox təəssüflər olsun ki, işğalçılıq, cinayət və qırğın törətmək baxımından uzun keçmişə malik olan sionist rejim ABŞ prezidenti və hökumətinin hərtərəfli himayəsi və regionun xam xəyala qapılmış bəzi təcrübəsiz başçılarının İsrail ilə gizli və aşkar əlaqələrin yaradılması üzrə rüsvayçı hərəkətləri sayəsində daha da həyasızlaşıb və Pasxa bayramı ərəfəsində Fələstinli gənclərə qarşı vəhşiliklər həyata keçirib.

Bəhram Qasemi dünya ictimaiyyətini xüsusilə də, içində insanlıq hissi hələ də ölməyən insanları İsrail rejiminin cinayətlərinə qarşı ciddi addımlar atmağa səsləyib və deyib: Hazırkı həssas məqamda region ölkələri daxili ixtilaflara vaxt sərf etmək və digər islam ölkələrini təhdid etmək üçün silahlanma rəqabəti ilə məşğul olmaq yerinə özlərinin bütün milli və xalq potensiallarını sionist rejimin bəşəriyyət əleyhinə yönəlmiş cinayətkar hərəkətlərini önləmək üçün səfərbər etməlidirlər.