İranın müdafiə naziri Moskvaya daxil olub
Apr 03, 2018 10:52 Asia/Baku
-
İranın müdafiə naziri Moskvaya daxil olub
İran İslam Respublikasının müdafiə naziri Rusiya beynəlxalq təhlükəsizlik konfransında iştirak etmək üçün bu ölkənin paytaxtı Moskvaya daxil olub.
Rusiyanın müdafiə naziri general Sergey Şoyqunun dəvətilə Moskvaya səfər edən İran İslam Respublikasının müdafiə naziri general-mayor Əmir Hatəmi bu gün Vnukovo hava limanına daxil olarkən Rusiya müdafiə nazirliyinin ali nümyəndəsi və İran İslam Respublikasının Moskvadakı səfiri tərəfindən qarşılanıb.
General-mayor Hatəmi Moskva səfərinin ilk günündə bu gün axşam öncə Belarusun, sonra isə Rusiyanın müdafiə nazirləri ilə görüşərək, onlarla ikitərəfli, regional və beynəlxalq istiqamətlərdə strateji müdafiə, hərbi və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaq.
Teqlər