İranın xarici işlər naziri Türkiyəyə səfər edib
Apr 03, 2018 13:26 Asia/Baku
-
İranın xarici işlər naziri Türkiyəyə səfər edib
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif siyasi bir nümayəndə heyətilə bu gün günorta çağı Türkiyənin paytaxtı Ankaraya yola düşüb.
Məhəmməd Cavad Zərif Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək üçtərəfli iclasda onlarla son Suriya olaylarını və üç ölkə başçılarının Ankara sammitindən öncə Astana prosesini araşdırmalıdır.
İran, Rusiya və Türkiyə prezidentlərinin Astana prosesi və Suriya böhranı barədəki sammiti çərşənbə günü Ankarada keçirilməlidir.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə səfərini başa vurduqdan sonra Azərbaycan Respublikasına, sonra isə Naxçıvan Muxtar Respublikasına səfər edəcəkdir.
Teqlər