Apr 05, 2018 08:45 Asia/Baku
  • Zərif: ABŞ-ın birtərəfli hərəkətləri dünya təhlükəsizliyi üçün ciddi təhdiddir

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə günü Bakıya daxil olduqdan sonra deyib: ABŞ-ın birtərəfli siyasət yürütməkdə bu qədər israrlı olması beynəlxalq sülh və təhlükəsizlik habelə, Qoşulmama Hərəkatı ölkələri üçün ciddi təhdiddir.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bir neçə tərəfliliyin Qoşulmama Hərəkatında daim diqqət mərkəzində saxlanılan bir mövzu olduğuna təkid edərək, deyib: Qoşulmama Hərəkatı daim bir neçə tərəfliliyin tərəfdarı olub. 

İran İslam Respublikasının xarici işlər naziri cümə axşamı və cümə günləri Bakıda keçiriləcək Qoşulmama Hərəkatının xarici işlər nazirləri iclasına işarə edərək, deyib: Bu iclasda ABŞ-ın birtərəfli siyasətləri müzakirə edilməlidir. 

İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatının xarici işlər nazirləri iclasında iştirak etmək üçün çərşənbə günü Azərbaycana səfər edib. 

Zərif daha sonra İsrail rejiminin ötən günlərdə Qəzzədə törətdiyi cinayətlərə işarə edərək, sionist rejimin Qəzzə sakinlərinin dinc etiraz aksiyasına qarşı son dərəcə aqressiv yanaşmasını, 20-yə yaxın fələstinlinin şəhid edilməsi və 2 minə  yaxın insanın yaralanmasını da Qoşulmama Hərəkatının Bakı iclasının önəmli mövzularından adlandırıb. 

Zərif deyib: ABŞ hökumətinin Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması da Bakı iclasında araşdırılacaq mövzulardandır. 

Teqlər