Apr 06, 2018 08:59 Asia/Baku
  • Zərif Qoşulmama Hərəkatında iştirak edən bəzi rəsmilərilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri Azərbaycan Respublikası paytaxtı Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclasının kənarında bu iclasda iştirak edən bəzi rəsmilərlə görüşərək danışıqlar aparılıb.

Məhəmməd Cavad Zərif cümə axşamı günü Şimali Koreya, Liviya, Əfqanıstan, Fələstin, Hindistan, Serbiya, Venesuela xarici işlər nazirləri, Suriya və Kuba heyətlərinin rəhbərləri, BMT Baş Assambleyasının sədri ilə görüşərək ikitərəfli münasibətlər, beynəlxalq məsələlər və Qoşulmama Hərəkatı haqda fikir mübadiləsi aparıb. 

İran xarici işlər naziri həmçinin Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasında fələstinlilərin hüquqlarının geri qaytarılması, Qüds-Şərifin paytaxt olması ilə müstəqil Fələstin dövlətinin yaradılması, Qəzzə zolağının mühasirəsinə dərhal son qoyulması, Qoşulmama Hərəkatının sionist rejimin cinayətləri qarşısında kollektiv addımının vacibliyini vurğulayıb. 

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclası 120 üzv ölkə, 17 müşahidəçi ölkə, 10 beynəlxalq təşkilatın 800 nümayəndəsinin iştirakı ilə cümə axşamı günü Bakıda işə başlayıb. İclasın mövzusu davamlı inkişafa nail olmaq üçün beynəlxalq sülh və təhlükəsizliyin genişləndirilməsidir. İclas cümə günü öz işinə yekun vuracaq. 

Teqlər