Zərifin Ankara, Bakı və Naxçıvana dörd günlük səfəri sona çatıb
İran İslam Respublikası xarici işlər naziri dörd günlük səfər çərçivəsində Türkiyə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasına səfərini yekunlaşdırdıqdan sonra Tehrana qayıdıb.
Məhəmməd Cavad Zərif çərşənbə axşamı 3 apreldə İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə birlikdə İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında iştirak etmək üçün Ankaraya səfər etdi.
İran xarici işlər naziri bu iclasda iştirak etdikdən sonra çərşənbə gecə Azərbaycan paytaxtı Bakıya daxil oldu və Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclasında iştirak etdi.
Zərif Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclasında iştirak və çıxış etməklə yanaşı bu iclasda iştirak edən bəzi rəsmilərlə də görüşərək danışıqlar apardı.
İran İslam Respublikası xarici işlər naziri Şimali Koreya, Liviya, Əfqanıstan, Fələstin, Hindistan, Serbiya, Venesuela xarici işlər nazirləri, Suriya və Kuba heyətlərinin rəhbərləri, BMT Baş Assambleyasının sədri ilə görüşdə ikitərəfli münasibətlər, regional məsələlər və Qoşulmama Hərəkatı haqda danışıqlar apardı.
İran xarici işlər naziri həminin cümə günü Naxçıvan Muxtar Respublikası rəsmilərinin dəvəti ilə bu respublikaya səfər etdi və Ali Məclisin sədri Vasif Talıbovla görüşərək ikitərəfli əməkdaşlıqların müxtəlif cəhətləri haqda danışıqlar apardı.