Apr 10, 2018 08:49 Asia/Baku
  • Zərif: İran Seneqalla münasibətlərə böyük əhəmiyyət verir
    Zərif: İran Seneqalla münasibətlərə böyük əhəmiyyət verir

İran İslam Respublikası xarici işlər naziri bazar ertəsi gecə Dakarda Seneqal prezidenti Maki Sallla görüşüb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, böyük iqtisadi heyətin müşayiəti ilə Seneqala səfər edən Məhəmməd Cavad Zərif bu görüşdə bildirib: İran İslam Respublikası Seneqalla münasibətlərə böyük əhəmiyyət verir. 

İran xarici işlər naziri bu görüşdən öncə ayrı-ayrılıqda Seneqal parlamentinin sədri və xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb. 

Zərif Seneqal xarici işlər naziri Sidiki Kaba ilə görüşdə Afrikanın qərbində yerləşən bu ölkənin islam dünyası və Qoşulmama Hərəkatındakı mövqeyi və əhəmiyyətinə toxunaraq iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsini istəyib. 

Seneqal xarici işlər naziri də bu görüşdə iki ölkənin tarixi münasibətlərinə toxunaraq Zərifin səfərinin Tehran-Dakarın münasibətlərinin daha da möhkəmlənməsinə gətirib çıxaracağını bildirib. 

Zərif həmçinin bazar ertəsi günü İran və Seneqalın birgə iqtisadi iclasında iştirak edib. 

Teqlər